"Mançester Yunayted"i "Roma"ya dəyişir

"Mançester Yunaytedin futbolçusu Cessi Linqard "Roma"da çıxış edə bilər.

Newsport.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı məlumat yayıb. İngiltərə millisinin üzvü azad agent kimi paytaxt təmsilçisinə keçə bilər. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyo Mançester təmsilçisində birgə çalışdığı oyunçunun transferində israrlıdır. 

Linqardın müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. "Qırmızı şeytanlar" yarımmüdafiəçinin sözləşməsini uzatmaqda maraqlı deyil.

Qeyd edək ki, geridə qalan mövsümdə 29 yaşlı oyunçu bütün turnirlər nəzərə alınmaqla 22 matçda iştirak edib. O, bu görüşlərdə 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right