Azarkeşlər Namiq Ələsgərovun komandasına hücum çəkdi: "Öləcəksiz"

Azərbaycan millisinin üzvü Namiq Ələasgərovun formasını geyindiyi "Bursaspor" Türkiyə I Liqası ilə vidalaşıb.

Newsport.az-ın məlumatına görə, Bursa təmsilçisinin XXXVII turda səfərdə "Bandırmaspor"a uduzmasından (2:4) sonra aşağı liqaya düşəcəyi rəsmiləşib.

Komandanın I Liqanı tərk etməsi azarkeşlərin böyük narazılığına səbəb olub. Futbolçular yalnız matçdan 3,5 saat sonra klub avtobusuna gedə biliblər. Fanatların təzyiqindən sonra komandanın kapitanı Burak Altıparmak nəqliyyat vasitəsindən düşüb. Bu zaman azarkeşlərdən biri futbolçunun üzərinə şığıyaraq onun boğazını sıxıb və yumruq zərbələri endirməyə başlayıb. Yalnız polislər futbolçunu fanatın əlindən ala bilib.

​Azarkeşlərin klub avtobusu ətrafında "Öləcəksiz" şüarları səsləndirməsi diqqət çəkib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right