Dibala “Yuventus”u bu kluba dəyişir

Bu mövsümün sonunda “Yuventus”undan ayrılacağı dəqiqləşən argentinalı futbolçu Paulo Dibalanın yeni klubu bəlli olub.

Newsport.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “İnter”lə anlaşıb.

Təcrübəli forvard yayda Milan təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq. O, yeni komandasına azad agent kimi keçəcək.

Dibala bu mövsüm “Yuventus”un heyətində 35 oyun keçirib. Futbolçu bu görüşlərdə 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right