Autsayderdən səfər qələbəsi

Futbol üzrə İtaliya A Seriyasında 19-cu turdan təxirə salınmış bir oyun keçirilib.

Newsport.az-ın məlumatına görə, günün yeganə matçında “Udineze” doğma meydanda “Salernitana” ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Sonuncu pillədə qərarlaşan “Salernitana” səfərdən vacib qələbə ilə qayıdıb.

Bu qələbədən sonra xalını 22-yə çatdıran “Salernitana” 20 iştirakçı arasında 19-cudur. “Udineze” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

İtaliya A Seriyası
19-cu turun oyunu

20 aprel

Udineze – Salernitana 0:1
Qol:
Verdi, 90+3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right