Namik Ələskərovun komandasından heç-heçə

Milli komandamızın futbolçusu Namik Ələskərovun komandası “Bursaspor” bu gün növbəti oyununu keçirib.

Newsport.az-ın xəbərinə görə, Türkiyə 1-ci liqasında yarışan Bursa təmsilçisi “Gənclərbirliyi”ni qəbul edib. TRT Spor” kanalı vasitəsi ilə canlı yayımlanan matçda qapılara qol vurulmayıb.

Oyundan əvvəl Bursa mediası yazıb ki, Ələskərov əvvəlki matçlarda 3 sarı vərəqə aldığından cəzalı duruma yaxındır və ehtiyatlı oynamalıdır. Start heyətdə meydana çıxan Namik 69-cu dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, “Bursaspor” təmsilçisi 31 oyundan 32 xalla turnir cədvəlinin 18-ci pilləsində (19 komanda arasında) qərarlaşıb. Təhlükəli zonadan çıxmaq üçün Bursa təmsilçisinə qələbə vacib idi.

Xatırladaq ki, N.Ələsgərov bu mövsüm “Bursaspor”la meydana çıxdığı 27 oyunda 5 qol vurub və 6 qolun ötürməsini edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right