Sergen Yalçın "Qalatasaray"ın baş məşqçisi ola bilər

Sergen Yalçın növbəti mövsümdən Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi ola bilər.

Newsport.az-in məlumatına görə, bu iddianı "Milliyet" qəzetindən Serdar Sarıdağ irəli sürüb.

Jurnalist məsələ ilə bağlı 50 yaşlı mütəxəssislə danışdığını bildirib: "Mən bunu Sergen Yalçından da soruşdum. O, "mənə təklif gəlsə, niyə də yox?" cavabını verdi. "Qalatasaray"la razılaşsa, təəccüblənməyəcəyəm".

Qeyd edək ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında 2020/2021 mövsümündə Türkiyə Super Liqasını və ölkə kubokunu qazanıb. "Qalatasaray"a hazırda Domenek Torren rəhbərlik edir. "Sarı-qırmızılar"ın bu ay keçiriləcək prezident seçkilərindən sonra ispaniyalı mütəxəssislə vidalaşacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right