"Atamın sözləri səhv başa düşülüb" İquain

ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Qonsalo İquain bu mövsümün sonunda karyerasını başa vuracağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, 34 yaşlı hücumçu "Fox Sports"a açıqlamasında belə bir fikirdə olmadığını deyib:

"Atamın sözləri səhv başa düşülüb. Bir növ anlaşılmazlıq olub. Mən onunla heç vaxt karyeram haqda danışmamaışam. Bu məlumat doğru deyil. Hazırda bütün diqqətimi klubumdakı oyunlara yönəltmişəm. Karyeramı bitirmək istəyəndə bunu yalnız məndən eşidəcəksiniz. Məndən başqa heç kimdən".

Qeyd edək ki, İquain karyerası ərzində “Real”, “Milan”, “Çelsi”, “Napoli”, “Yuventus” kimi məşhur klublarda oynayıb. O, 2009-2018-ci illərdə Argentina millisinin formasını geyinib. Futbolçu 2020-ci ildən “İnter Mayami”də çıxış edir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right