“Bordo”nun gənc futbolçusu komanda yoldaşının butslarını oğurlayıb.
Newsport.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb. Adı açıqlanmayan və əsas komandaya cəlb olunan gənc futbolçu butsları oğurlayaraq internetdə satıb. Daha sonra oyunçunun keçmiş sevgilisi onun bu hərəkətinin üstünü açıb.
Klub rəhbərliyi futbolçunu 1 oyunluq diskvalifikasiya etmək, həmçinin külli miqdarda cərimə ilə cəzalandırmaq qərarına gəlib. “Bordo”nun futbolçuları belə cəzaya qarşı çıxıblar. Çünki onlar bunu qeyri-kafi hesab edirlər.