Dieqo Jota: "Türkiyə asan rəqib deyil"

Portuqaliya millisinin hücumçusu Dieqo Jota açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı qolçu DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Türkiyə ilə keçirəcəkləri matç haqda danışıb. "Liverpul"un futbolçusu Türkiyənin asan rəqib olmadığını deyib:

"Portuqaliyasız bir dünya çempionatını xəyal edə bilmirəm. Bu mövzuda düşünməməyə çalışırıq. Dünya çempionatına gedə bilməsək, bizim üçün yaxşı olmayacaq. Bunun olmaması üçün sona qədər çalışacağıq.

Türkiyə asan rəqib deyil. Niderland bir oyunda məğlub olsaydı, qrupun lideri Türkiyə olacaqdı. Hər şeyin ola biləcəyi, final səviyyəsində bir matç olacaq".

Qeyd edək ki, Portuqaliya - Türkiyə qarşılaşması 24 mart tarixində Bakı vaxtilə saat 23:45-də "Draqao Stadionu"nda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right