Futbol üzrə Türkiyə Super Liqasında 29-cu turun oyunlarına start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə dörd görüş baş tutub.
“Hatayspor” “Fatih Karagümrük”ü, “Altay” “Yeni Malatyaspor”u, “Kasımpaşa” “Rizəspor”u məğlub yola salıb.
Lider “Trabzonspor” yenicə baş məşqçi dəyişikliyinə əl atan “Göztəpə”ni sınağa çəkib. Altı qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Bu tur İstanbul derbisiylə əlamətdar olacaq. Avropa Liqasında çətin “Barselona” səfərindən sərfəli nəticə ilə dönən “Qalatasaray” doğma meydanda “Beşiktaş”la üz-üzə gələcək.
Çempionlar Liqası zonasına can atan “Fənərbaxça” isə “Alanyaspor”la münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyə Super Liqası, 29-cu tur
12 mart
Hatayspor – Fatih Karagümrük 3:0
Qol: Lobjanidze, 29. El Kaabi, 34; 55.