"Qalatasaray" İstanbula qayıda bilmir

Avropa Liqasının 1/8 finalının ilk oyununda "Barselona"nın qonağl olan “Qalatasaray”ın Türkiyəyə qayıdış proqramında dəyişiklik edilib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna İstanbulda hökm sürən qarlı hava şəraiti səbəb olub.

Komandanı gətirəcək təyyarənin İzmirdəki hava limanına enəcəyi gözlənilir. Başqa bir xəbərə görə, “sarı-qırmızılar” martın 12-də Türkiyəyə qayıda biləcəklər. “Qalatasaray”ın “Beşiktaş”la derbiyə hazırlığı isə İspaniyada başlayacaq.

Xatırladaq ki, "Nou Kamp"da keçirilən "Barselona" - "Qalatasaray" matçı qolsuz bərabərliklə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right