Ançelotti: "İlk qol həlledici oldu"

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab qarşılaşmasından sonra danışıb.

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Paris klubu üzərindəki 3:1 hesablı qələbəni şərh edib:

"İlk qol həlledici idi. Həmin qol oyunun dinamikasını və azarkeşlərin oyuna təsirini dəyişdi. PSJ əla komandadı, onlar möhtəşəm oynayır. Amma hər oyunda onun ssenarisini dəyişmək üçün an baş verir. PSJ ilə matçda bu, bizim ilk qolumuz oldu. Benzema komandanın fantastik lideridi. Kərimin işinə münasibətindən razıyam”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right