UEFA və FİFA-dan Cüneyt Çakır reaksiyası

UEFA və FİFA rəsmiləri türkiyəli referi Cüneyt Çakırın Superliqa oyunlarından kənarlaşdırılmasına səssiz qalmayıb. 

Newsport.az “Milliyet”ə istinadən xəbər verir ki, FİFA-nın Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina Çakıra zəng vurub. O, referidən nə baş verdiyini soruşub. Çakır isə cavabında Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin hansı səbəblərdən belə qərar verdiyini bilmədiyini və açıqlama gözlədiyini deyib. 

UEFA rəsmiləri isə TFF-nin vitse-prezidenti Servet Yardımcı ilə əlaqə saxlayıblar. Onlar FİFA referiləri Cüneyt Çakır, Ali Palabıyık, və Abdülkadir Bitigenin Superliqadan kənarlaşdırılması qərarına görə təəccübləndiklərini vurğulayıblar. Həmçinin rəsmilər Yardımcıdan bu qərarı niyə verdiklərini soruşublar. Vitse-prezident isə belə bir addımın Mərkəzi Hakimlər Komitəsinin performans və gəncləşdirilmə meyarlarına uyğun atıldığını bildirib. 

Qeyd edək ki, bir neçə gün öncə TFF Mərkəzi Hakimlər Komitəsi Cüneyt Çakır da daxil olmaqla 13 hakimi Superliqa oyunlarından kənarlaşdırıb. Sözügedən referilər arasında Ali Palabıyık, Abdulkadir Bitigen, Fırat Aydınus, Bahattin Şimşek, Burak Şeker, Suat Arslanboğa, Hüseyin Göçek, Mert Güzenge, Tuqay Kaan Numanoğlu, Alper Ulusoy və Halis Özkahya var. Özgür Yankaya yalnız VAR hakimi vəzifəsini icra edə biləcək.  Qurum klubların narazılığını və hakimlərin yaşını nəzərə almaqla belə qərar verdiklərini açıqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right