Hakimin qərarına əsəbiləşən "Fənərbaxça" azarkeşi öldü

Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində baş tutan "Fənərbaxça" - "Trabzonspor" oyunu zamanı azarkeş dünyasını dəyişib.

 

Newsport.az xəbər verir ki, hadisə matçın 17-ci dəqiqəsində baş hakim Zorbay Küçük meydan sahiblərinin yarımmüdafiəçisi İrfan Can Kahveciyə qırmızı vərəqə göstərdikdən sonra baş verib.

 

Kocaelinin İzmit qəsəbəsində evində qarşılaşmanı izləyən Ahmet Özdemir adlı azarkeş referinin qərarından sonra infarkt keçirib. 27 fanat xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, "Fənərbaxça" - "Trabzonspor" görüşü 1:1 hesablı bərabərliklə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right