“Yuventus” Moratanı saxlamaq istəyir, amma…

“Yuventus” klubu hücumçusu Alvaro Moratanı komandada saxlamaq istəyir.

Newsport.az saytının məlumatına görə, “Yuventus”un Moratanı 35 milyon avroya almaq hüququ var. Amma Turin klubu futbolçu üçün tələb olunan bu məbləği azaltmaq istəyir.

“Atletiko”ya məxsus olan Morata “Yuventus”da icarə əsasında çıxış edir.

29 yaşlı ispan futbolçu bu mövsüm A Seriyasında 26 oyuna çıxıb və 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right