Messini MLS-ə dəvət etdi

"İnter Mayami"nin hücumçusu Qonzalo İquain həmyerlisi PSJ-nin oyunçusu Lionel Messini MLS-ə dəvət edib.
 
Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, argentinalı oyunçu deyib ki, Messinin ABŞ-da oynaması yaxşı olar:
 
“MLS çox güclü liqadır və inkişaf etməyə davam edir. Bura yaxşı futbolçular gəlməkdə davam edir, gələcəkdə bu say daha da artacaq. Ümid edirəm ki, Messi nə vaxtsa MLS-ə oynamağa gələcək, çünki bu, həm liqa, həm də ölkə üçün çox faydalı olacaq. Lionelin özü də burada əylənəcək və xoşbəxt olacaq”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right