"Qalatasaray"ın sabiq futbolçusu La Liqada

"Qalatasaray"ın keçmiş futbolçusu Marselo Saraççinin yeni klubu bəlli olub.

 

Newsport.az xəbər verir ki, uruqvaylı sol cinah müdafiəçisi karyerasını İspaniya La Liqasında davam etdirəcək. Azad agent statusunda olan 23 yaşlı futbolçu "Levante" ilə anlaşıb. Onunla 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.

 

Qeyd edək ki, müqavilə ilə "Leyptsiq"ə məxsus olan Marselo Saraççi 2020-ci ilin yanvarından 2021-ci ilin yayınadək "Qalatasaray"da icarə əsasında çıxış edib. Almaniya klubu yanvar ayında müdafiəçi ilə müqaviləyə xitam verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right