Hamza Hamzaoğlu istefaya göndərildi

Türkiyə Super Liqasında baş məşqçi istefası gerçəkləşib.

Newsport.az-ın məlumatına görə, "Rizəspor" Hamza Hamzaoğlu ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Hamza Hamzaoğlu 2021-ci ilin sentyabr ayında "Rizəspor"un baş məşqçisi təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında meydana çıxdığı 20 matçda 6 qələbə qazanıb, 4 heç-heçə edib, 10 dəfə isə məğlub olub.

Qeyd edək ki, 26 turdan sonra 23 xal toplayan "Rizəspor" Türkiyə Super Liqasında turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right