“Trabzonspor”dan növbəti qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 25-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, açılış matçında “Altay” doğma meydanda “Rizəspor”la qarşılaşıb. Tərəflər bu oyundan qolsuz ayrılıblar.

“Başakşəhər” bu turda “Qaziantep”i qəbul edib və inamlı qələbəyə sevinib. “Fənərbaxça” isə səfərdə “Girəsunspor”a qalib gəlib.

Mövsümün uğursuz komandalarından olan “Qalatasaray”ın bu turdakı rəqibi “Kayserispor” olub. “Sarı-qırmızılar” bu oyundan da xal itkisi ilə ayrılıblar.

Bazar günü daha dörd görüş baş tutub. Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Alanyaspor” matçında qalib müəyyənləşməyib. “Sivasspor” “Yeni Malatyaspor”u, “Antalyaspor” isə “Fatih Karagümrük”ü məğlub yola salıb. Lider “Trabzonspor” da “Konyaspor”la qarşılaşıb. Trabzon təmsilçisi doğma meydanda növbəti qələbəsini rəsmiləşdirib.

“Beşiktaş” isə “Adana Dəmirspor”la üz-üzə gələcək.

Türkiyə Super Liqası, 25-ci tur

11 fevral

Altay – Rizəspor 0:0

12 fevral

Başakşəhər – Qaziantep 2:0
Qol:
Pizzi, 34. S.Gürler, 87.

Girəsunspor – Fənərbaxça 1:2
Qol:
Çikinyo, 2 – Valensiya, 30. Pelkas, 53.

Qalatasaray – Kayserispor 1:1
Qol:
M.Məhəmməd, 85 – M.Kardozo, 70.

13 fevral

Sivasspor – Yeni Malatyaspor 2:1
Qol:
Kayode, 52. Fajr, 70 – K.Özer, 31.

Antalyaspor – Fatih Karagümrük 3:0
Qol:
Fernando, 17. Kudryaşov, 30. A.Mehmedi, 85.

Kasımpaşa – Alanyaspor 2:2
Qol:
Fall, 65. Muleka, 68 – Eduardo, 42. E.Bekiroğlu, 74.

Trabzonspor – Konyaspor 2:1
Qol:
Vişça, 13; 67 – Çikalleşi, 83.

14 fevral

21:00 Adana Dəmirspor – Beşiktaş
21:00 Hatayspor – Göztəpə

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 12 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right