İtaliyalı Maradonanı qabaqladı

İtaliya A seriyasının 25-ci turu çərçivəsində "İnter"i qəbul edən "Napoli" rəqibi ilə bərabərə qalıb - 1:1. 

Newsport.az-ın məlumatına görə, oyun daha çox neapolluların kapitanı Lorenzo İnsinye üçün yaddaqalan olub.

Məsələ burasındadır ki, bu görüşdə penaltidən fərqlənən italiyalı "Napoli"də 116-cı qolunu vurmuş olub və bununla da Dieqo Armando Maradonanı(115 qol) qolların sayında keçib.

​"Napoli" formasında ən çox qol vuran futbolçu isə Dris Mertensdi. Onun aktivində 144 qol var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right