Məşhur futbolçu MLS klubuna keçdi

Braziliyalı futbolçu Duqlas Kosta karyeasını ABŞ-da davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, 31 yaşlı vinger bu ölkənin "Los Anceles Qalaksi" klubuna keçib. Müqavilə ilə Braziliyanın "Qremio" klubuna məxsus olan Kosta yaya kimi MLS təmsilçisində icarə əsasında çıxış edəcək. O, daha sonra 1 illik müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Duqlas Kosta karyerası ərzində "Şaxtyor", "Bavariya" və "Yuventus" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right