İslam Slimani yenidən “Sportinq”də

Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, sözügedən klub Lion “Olimpik”i ilə yollarını ayıran İslam Slimanini heyətinə qatıb.

Bu barədə Portuqaliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Əlcəzairdən olan 33 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb. O, Fransa klubu ilə müqaviləsinə xitam verdiyi üçün “Sportinq”ə azad agent kimi keçib.

“Sportinq” Slimani üçün tanış klubdur. O, vaxtilə formasını geyindiyi bu kluba 6 il sonra geri dönüb. İslam 2013-cü ildə bu kluba gəlmiş və üç il sonra 31 milyon avroya İngiltərə təmsilçisi “Lester Siti”yə satılmışdı.

Slimani sonradan “Nyukasl”, “Fənərbaxça”, “Monako” kimi klublarda da çıxış edib. O, 2021-ci ilin yanvarından Lion “Olimpik”ində forma geyinirdi. Bu mövsüm Fransa təmsilçisində 16 oyuna çıxan forvard, 4 qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right