"Benfika"dan "Beşiktaş"a

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az məlumatına görə, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə  4+1 illik müqavilə imzalanıb. "Qara qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Gedson Fernandes 2021/2022-ci il mövsümünün ikinci yarısını icarə əsasında Türkiyənin "Rizəspor" klubunda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right