Vüsal İsgəndərli oynadı, komandası qələbə qazandı

Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Ankara Keçiörengücü" səfərdə "Adanaspor"un qonağı olub. Matç Ankara təmsilçisinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

Vüsal İsgəndərli bu görüşün iştirakçısı olub. 26 yaşlı vinger qarşılaşmaya start heyətdə başlayıb və 78-ci dəqiqədə əvəzlənib.

Xallarını 26-ya yüksəldən "Ankara Keçiörengücü" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right