"Beşiktaş"ın oyununun vaxtı dəyişdirildi

Türkiyə Superliqasında bir neçə oyunun başlama vaxtı dəyişdirilib.

Newsport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Bu gün Bakı vaxtı ilə saat 18:00-da başlaması planlaşdırılan "Kayserispor" - "Başakşehir" matçı 1 saat sonra start götürəcək.

Yanvarın 21-i saat 21:00-a təyin olunan "Yeni Malatyaspor" - "Beşiktaş" görüşü növbəti gün saat 14:30-da başlayacaq. Federasiyanın belə qərar verməsinə səbəb isə ölkədəki soyuq hava şəraitidir. 

Bundan əlavə, ötən gün qar səbəbindən birinci hissədən sonra yarımçıq dayandırılmış "Qaziantep" - "Yeni Malatyaspor" qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right