2021-ci ilin ən bahalı futbolçu transferi açıqlanıb

FIFA 2021-ci ilin ən bahalı transferlərini açıqlayıb.

Newsport.az xəbər verir ki, siyahının ilk pilləsində İtaliya "İnter"indən İngiltərənin "Çelsi" klubuna keçən Romelu Lukaku qərarlaşıb.

Belçikalı hücumçu avqustda London təmsilçisinə transfer olunub. "Zadəganlar" təcrübəli forvard üçün qarşı tərəfə 115 milyon avro ödəyib.

Almaniyanın "Borussiya" (Dortmund) klubunu İngiltərə "Mançester Yunayted"inə dəyişmiş Ceydon Sanço 85 milyon avroluq transfer məbləği ilə ikinci olub.

İlk "3-lüy"ü "İnter"dən Fransa PSJ-sinə 60 milyon avroya keçən Əşrəf Hakimi qapayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right