“Yuventus”la “Milan” səfərdə, “İnter”lə “Napoli” evdə sevindi

Futbol üzrə İtaliya A Seriyasında 21-ci tura start verilib.

Newsport.az xəbər verir ki, turun əksər görüşləri ilk oyun gününə təsadüf edib.

“Empoli” evdə “Sassuolo”ya, “Udineze” isə “Atalanta”ya böyük hesabla uduzub. “Cenoa” – “Spetsiya” və “Verona” – “Salernitana” matçlarında da qonaqlar qələbə qazanan tərəf olub.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Milan” bu turda səfərdə “Venetsiya”nın qonağı olub və darmadağına sevinib. “Napoli” “Sampdoriya”nı minimal hesabla üstələyib. “İnter” isə “Latsio”nun müqavimətini çətinliklə qırıb.

Turun mərkəzi görüşündə “Yuventus” səfərdə “Roma” ilə üz-üzə gəlib. 7 qolun qeydə alındığı bu oyunda Turin təmsilçisi əzmkar qələbəyə sevinib.

İtaliya A Seriyası
21-ci tur

9 yanvar

Venetsiya – Milan 0:3
Qol: İbrahimoviç, 2. T.Hernandes, 48; 59.

Empoli – Sassuolo 1:5
Qol: Henderson, 16 – Berardi, 13-pen. Raspadori, 24; 71. Skamakka, 67; 90+2.

Napoli – Sampdoriya 1:0
Qol: Petanya, 43.

Udineze – Atalanta 2:6
Qol: Djimsiti, 59-öz qapısına. Beto, 88 – Paşaliç, 17. Muriel, 22; 76. Malinovski, 43. Mehle, 89. Pessina, 90+2.

Cenoa – Spetsiya 0:1
Qol: Bastoni, 14.

Roma – Yuventus 3:4
Qol: Abraham, 11. Mxitaryan, 48. Pelleqrini, 53 – Dibala, 18. Lokatelli, 70. Kuluşevski, 72. De Şiliyo, 77.

İnter – Latsio 2:1
Qol: Bastoni, 30. Şkrinyar, 67 – İmmobile, 35.

Verona – Salernitana 1:2
Qol: Lazoviç, 63 – Dyuriç, 29. Kastanos, 70.

10 yanvar

20:00 Torino – Fiorentina

11 yanvar

23:45 Kalyari – Bolonya





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right