Namik Ələskərov oynadı, "Bursaspor" uduzdu

Futbol üzrə Türkiyə I Liqasında 19-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Adanaspor"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Namik Ələskərov da bu matçın iştirakçısı olub. Görüşə ehtiyatda başlayan 26 yaşlı vinger 60-cı dəqiqədə Hasan Ayaroğlunun yerinə meydana daxil olub.

19 turdan sonra 19 xal toplayan "Bursaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right