Tuxel Lukakunun cavabını verdi: "Açıqlamaları xoşumuza gəlmədi"

"Çelsi"nin hücumçusu Romelu Lukakunun İtaliya mətbuatına verdiyi müsahibə qalmaqala səbəb olub.

Newsport.az-ın məlumatına görə, belçikalı forvard baş məşqçi Tomas Tuxelin oyun sistemini tənqid edib. Məsələ ilə bağlı alman çalışdırıcı açıqlama verib. O, Lukakunun fikirlərinə təəccübləndiyini deyib:

"Lukaku ilə açıq şəkildə danışacağam. Bu açıqlamalarına təəccübləndim. Çünki, məşqlərdə bizimlə bir yerdə olduğuna görə xoşbəxt görünür. Nələrin baş verdiyini anlamaq üçün ona vaxt ayıracağıq. Açıqlamaları təbii ki, xoşumuza gəlmədi. Bu mövzunu Lukaku ilə danışmadan dəyərləndirmək olmaz. Çünki, bəlkə də açıqlaması mətbuatda fərqli şəkildə yayımlanıb".

Qeyd edək ki, Romelu Lukaku verdiyi açıqlamada "Çelsi"dəki durumumdan məmnun deyiləm. Tuxel fərqli sistemlə oynayır. Amma vaz keçməyəcəyəm" ifadələrini səsləndirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right