Afrikalı futbolçu növbəti dəfə "Qalatasaray"a qayıdır

Yunanıstan "Olimpiakos"unda çıxış edən Henri Onyekuru növbəti dəfə Türkiyənin "Qalatasaray" klubuna qayıdır.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı nigeriyalı vingeri qış transfer dönəmində heyətinə qatacaq.

"Sarı-qırmızılar" Afina klubu ilə 2025-ci ilədək müqaviləsi olan oyunçunu icarə əsasında komandaya cəlb etməyi düşünür.

Qeyd edək ki, Henri Onyekuru bu ilin ilk yarısında, 2018/2019 mövsümündə və 2020-ci ildə icarə əsasında "Qalatasaray"ın formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right