Messi, Ronaldu və Levandovski ilin rəmzi komandasında yer alıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2021-ci ilin rəmzi komandasını açıqlayıb.

Newsport.az məlumatına görə, "11-liy"ə İngiltərə "Mançester Yunayted"indən Kriştianu Ronaldu, Almaniya "Bavariya"sından Robert Levandovski və Fransanın PSJ klubundan Lionel Messi də düşüb.

Simvolik heyətdə 4-3-3 taktiki sxeminə yer verilib. PSJ-nin 4 oyunçusu rəmzi komandaya salınıb.

Qapıçı: Canluici Donnaruma (PSJ, Fransa)

Müdafiəçilər: Əşrəf Hakimi (PSJ, Fransa), Leonardo Bonuççi ("Yuventus", İtaliya), Ruben Diaş ("Mançester Siti", İngiltərə), ("Bavariya", Almaniya)

Yarımmüdafiəçilər: Kevin De Bröyne ("Mançester Siti", İngiltərə), Lionel Messi (PSJ, Fransa), Jorjinyo ("Çelsi", İngiltərə)

Hücumçular: Kilian Mbappe (PSJ, Fransa), Robert Levandovski ("Bavariya", Almaniya), Kriştianu Ronaldu ("Mançester Yunayted", İngiltərə)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right