"Çelsi"nin sabiq oyunçusu İtaliya klubunda

İtaliya çempionatında iddialı komandalardan olan "Atalanta" heyətinə qatacağı futbolçu ilə razılıq əldə edib.

 

Newsport.az xəbər verir ki, Berqamo təmsilçisi Fil Dişi Sahili millisinin üzvü Jeremi Boqanu transfer üçün razı salıb. 

 

"Atalanta" 24 yaşlı futbolçunun məxsus olduğu "Sassuola"nı da razı salarsa, qışda transfer gerçəkləşəcək. 

 

"Çelsi" yetirməsi olan yarımmüdafiəçi "Renn", "Qranada", "Birmingem" klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right