“Yuventus”a bir qol bəs etdi

Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin 17-ci sırasında qərarlaşan “Cenoa” səfərdə “Empoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Yuventus” bu turda “Fiorentina”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turinin digər təmsilçisi “Torino” isə səfərdə “Spetsiya”ya uduzub. “Atalanta” da səfərdə “Kalyari”ni üstələyib.

“Roma” “Venetsiya” səfərinə yollanacaq, lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağa çalışacaq.

Turun mərkəzi görüşü Milan şəhərində keçiriləcək. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gələcək.

İtaliya A Seriyası, 12-ci tur

5 noyabr

Empoli – Cenoa 2:2
Qol:
Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

6 noyabr

Spetsiya – Torino 1:0
Qol:
Sala, 58.

Yuventus – Fiorentina 1:0
Qol:
Kuadrado, 90+1.

Kalyari – Atalanta 1:2
Qol:
J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.

7 noyabr

15:30 Venetsiya – Roma
18:00 Sampdoriya – Bolonya
18:00 Udineze – Sassuolo
21:00 Latsio – Salernitana
21:00 Napoli – Verona
23:45 Milan – İnter

Bombardir: Çiro İmmobile (Latsio) – 8 qol.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right