"Yuventus" uduzdu, "Atalanta"dan "Latsio" ilə heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 11-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun açılış matçında “Atalanta” doğma meydanda “Latsio” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Yuventus” bu turda səfərdə “Verona”nı sınağa çəkib. Uğursuz mövsüm keçirən Turin təmsilçisi bu oyundan da məğlubiyyətlə ayrılıb. “Torino” isə “Sampdoriya” ilə ev oyununda darmadağına sevinib.

“İnter” isə “Udineze” ilə qarşılaşacaq. Turun mərkəzi görüşü paytaxt Romada keçiriləcək. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” “Roma”nın qonağı olacaq.

İtaliya A Seriyası, 11-ci tur

30 oktyabr

Atalanta – Latsio 2:2
Qol
: Sapata, 45+1. De Roon, 90+4 – Pedro, 18. İmmobile, 74.

Verona – Yuventus 2:1
Qol:
Simeone, 11; 14 – Makkenni, 80.

Torino – Sampdoriya 3:0
Qol:
Praet, 17. Sinqo, 52. Belotti, 90+3.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right