Türkiyə 1-ci divizionunda 9-cu turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, millimizin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" "Kocaelispor"u qəbul edib.
İsgəndərlinin komandası 0:1 hesabı ilə uduzub. Matçda yeganə qolu "Kocaelispor"un forvardı, "Qarabağ"ın sabiq üzvü Dino Ndlovu 81-ci dəqiqədə penaltidən vurub.
Start heyətində meydana çıxan Vüsal 56-cı dəqiqədə əvəzlənib.