"İyun ayında "Barselona"ya qayıdacağam"

"Barselona"nın icarə əsasıda "Beşiktaş"da çıxış edən futbolçusu Miralem Pyaniç İstanbul təmsilçisi ilə müqaviləni yeniləməyəcək. 

Newsport.az xəbər verir ki, bu barədə 31 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, sözləşməsi başa çatan kimi - iyun ayında Kataloniya klubuna qayıdacağını deyib:

"Beşiktaş"ın təklifini düşünmək üçün cəmi 1 saat vaxtım var idi. "Barselona"da vəziyyətin mənim xeyrimə dəyişməyəcəyini bilirdim. Kuman da dəyişməyəcəkdi. "Beşiktaş"a keçəcəyim barədə qərar verəndə klub rəhbərliyi mənə zəng vurdu, qərarıma hörmətlə yanaşdıqlarını bildirdi. Mən iyun ayında "Barselona"ya qayıdacağam". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right