“PSJ Playstationdakı komandalara bənzəyir"

“Yuventus”un kapitanı Corcio Kyellini Fransanın PSJ klubu ilə bağlı maraqlı fikirlər səsləndirib.

Newsport.az xəbər verir ki, italiyalı müdafiəçisi “L'Equipe”ə açıqlamasında Paris təmsilçisini Playstation komandasına bənzədib:

“PSJ Playstationdakı komandalara bənzəyir, yenilməz komandaya. Əgər meydanda və meydandan kənardakı davranışları düzgün olsa, komandanın maraqlarını şəxsi maraqlarından üstün tutsalar, onları məğlub etmək mümkün olmayacaq”. 

Xatırladaq ki, PSJ yay fasiləsində heyətinə Lionel Messi, Serxio Ramos, Jorjinyo Veynaldum, Əşrəf Hakimi kimi futbolçuları cəlb edib. Komanda yeni mövsümündə keçirdiyi 8 oyunun hamısında qalib gəlib.
 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right