Namiq komandasına penalti qazandırdı

Türkiyə I Liqasında 6-cı turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" səfərdə "Tuzlaspor"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

Namiq 90 dəqiqə meydanda olub. O, 49-cu dəqiqədə komandasına penalti qazandırsa da, Brunonun zərbəsini qapıçı qaytarıb.

"Timsahlar" 5 xalla turnir cədvəlində 14-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right