"Oyunu deyil, azarkeşləri izləməyə başladım" Pyaniç debütündən danışdı

"Barselona"dan "Beşiktaş"a icarə əsasında keçən Miralem Pyaniç debüt matçını keçirib.

Newsport.az-ın məlumatına görə, bosniyalı yarımmüdafiəçi Super Liqanın 4-cü turunda "Yeni Malatyaspor"a 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra açıqlama verib:

"Çox sevinirəm, çox həyəcanlıyam. Komanda yoldaşlarım və baş məşqçimizin verdiyi dəstəkdən sonra özümü möhtəşəm hiss edirəm. Türkiyədə, İstanbulda və bu möhtəşəm azarkeşlərlə birgə olmaq çox möhtəşəmdir. Bu mövsüm çox uğurlu olacağıq. Meydana daxil olandan bir müddət sonra dayandım və azarkeşləri izləməyə başladım. Mənə böyük sevgi göstərirlər. Mən də bu sevginin qarşılığını vermək istəyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right