Türkiyənin “Göztəpə” klubunun yeni baş məşqçisi müəyyənləşib. Newsport.az xəbər verir ki, İzmir təmsilçisinin “sükan”ı Nestor El Maestroya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Serbiyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Maestronun son iş yeri Səudiyyə Ərəbistanının “Əl Taavun” klubu olub.
El Maestro baş məşqçi postunda bir neçə gün əvvəl istefaya göndərilən Ünal Karamanı əvəz edib.