İngiltərə millisinin keçmiş futbolçusu B Seriyası klubunda

“Arsenal”ın sabiq futbolçusu Cek Uilşir İtaliyanın “Komo” klubu ilə məşqlərə başlayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə B Seriyasının mətbuat xidməti məlumat yayıb.

Turnirin “tvitter” hesabında edilən paylaşımda, Uilşirin “Komo”nun məşqlərinə qoşulduğu bildirilib.

“Komo” ingilis futbolçu ilə müqavilə imzalasa belə, onu çempionat oyunları üçün qeydiyyatdan keçirə bilməz.

İngiltərə yığmasında 34 oyuna çıxan Uilşir, daha əvvəl “Arsenal”, “Bornmut”, “Vest Hem” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi hazırda azad agentdir.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right