"Kuman mənə hörmətsizlik etdi" Miralem Pyaniç

"Barselona"dan icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç İstanbul təmsilçisinə transferinin səbəblərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi "Barselona"nın baş məşqçisi Ronald Kumann ona yaxşı davranmadığı üçün belə bir addım atdığını bildirib:

"Kuman özümə güvənimi öldürürdü. O, mənə hörmətsizlik etdi. O, mənimlə maraqlanmırdı. Bu, çox qəribədir. Çünki elə baş məşqçi yoxdur ki, yalnız əsas heyətə diqqət göstərsin. Komanda daxilində əlaqələr qurmağın başqa yolları var. Hər şeyi qəbul edə bilərəm, amma əvvəlcə üz-üzə danışmaq istəyirəm. Mən sona qədər mübarizə apardım, peşəkarlıqla davrandım, həmişə yaxşı işlədim. Bilirdim ki, Kuman komandada qalsa, yeni klub axtarmalı olacağam".

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right