“Fənərbaxça” uruqvaylı hücumçu Dieqo Rossinin transferini tamamlayıb.
Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 23 yaşlı forvardı ABŞ-ın “Los Anceles Qalaksi” klubundan 1 illik icarəyə götürüb.
Bu barədə "Fənərbaxça"nın rəsmi saytı məlumat yayıb. Müqavilədə satınalma şərti də yer alıb. Rossi yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Dieqo Rossi 2018-ci ildən “Los Anceles Qalaksi”də çıxış edirdi.