"Beşiktaş"ın hücumçusu zədələndi

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisinin hücumçusu Aleks Teyşeyra zədələnib. 31 yaşlı braziliyalı oyunçu Super Liqanın 3-cü turunda "Fatih Karagümrük"lə oyunda xəsarət alıb. Ayaq əzələsindən zədələnən futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, Aleks Teyşeyra "Beşiktaş"ın "Fatih Karagümrük"ü 1:0 hesabı ilə məğlub etdiyi görüşdə komandasının yeganə qolunun müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right