Samet Aybaba ilə yollarını ayıran Türkiyənin "Adana Dəmirspor" klubunun yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi italiyalı mütəxəssis Vinçenzo Montella ilə ilkin razılıq əldə edib. 47 yaşlı mütəxəssis tezliklə Türkiyəyə gələcək.
Montella son olaraq 2019-cu ildə "Fiorentina"nı çalışdırıb. O, "Fiorentina", "Sampdoriya", "Milan" və "Sevilya" klublarının da baş məşqçisi olub.