Namiq Ələsgərov "Bursaspor"da debüt edib.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı futbolçunun komandası Türkiyə I Liqasının 3-cü turunda evdə "Eyüpspor"a 0:2 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Namiq 69-cu dəqiqədə əvəzlənib.
"Timsahlar" 3 turdan sonra 1 xal toplayıb.
Qeyd edək ki, Namiq Ələskərov bu ay "Neftçi"dən ayrılaraq "Bursaspor"la 2 illik müqavilə imzalayıb.