"Yuventus" Ronaldonu onunla əvəzləmək istəyir

"Yuventus" "Real"ın vingeri Eden Azarla maraqlanır.

Newsport.az-ın məlumatına görə, Turin klubu belçikalı futbolçunu icarəyə götürmək istəyir. "Qoca sinyora"nın məqsədi "Mançester Yunayted"ə keçən Kriştiano Ronaldonu Azarla əvəzləməkdi.

Belçika millisinin üzvü 2019-cu ildə "Çelsi"dən 115 milyon avro qarşılığında "Real"a keçib. 30 yaşlı ön xətt oyunçusu ötən mövsüm "kral klubu"nun heyətində 21 oyunda meydana çıxıb və 4 qol, 1 asistlə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right