Pedro İtaliyada klubunu dəyişdi

"Roma"dan ayrılan Pedronun yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, 34 yaşlı hücumçu "canavarlar"ın əzəli rəqibi "Latsio"ya transfer olub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb. İspaniya millisinin sabiq üzvü İtaliya təmsilçisində 9 nömrəli formanı geyinəcək.

Qeyd edə ki, Pedro karyerası ərzində "Barselona", "Çelsi" və "Roma"da oynayıb. O, son mövsümdə "Roma"nin heyətində meydana çıxdığı 30 oyunda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right