UEFA-dan Cüneyt Çakıra təyinat

Türkiyəli referi Cüneyt Çakır Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, "Yanq Boyz" - ÇFR Kluj görüşünün baş hakimi olacaq. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək. Dördüncü hakim funksiyasını Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən matç sabah keçiriləcək. Bu komandalar arasında ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right