"Yuventus"un transferə çıxardığı Merih Demiral üçün ilk təklif gəlib.
Newsport.az-ın məlumatına görə, "Atalanta" Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir. Berqamo təmsilçisi bu keçid üçün 25+5 milyon avrosundan keçməyə hazırdır. Tərəflər arasında danışıqlar gedir.
"Qoca sinyora" 23 yaşlı müdafiəçini 2019-cu ildə "Sassuolo"dan 18 milyona alıb.